26 C
Baku
Thursday, June 20, 2024

Biznes risklərin idarəedilməsi departamentin aparıcı mütəxəssis – NIKOIL Bank

Biznes risklərin idarəedilməsi departamentinin Monitorinq və kredit riskləri şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi.

Tələblər :

• Ali iqtisadi/riyazi təhsil;
• Bank sektorunda (satış və ya risklər) 1-3 il iş təcrübəsi;
• Bakıda və regionlarda (həftəlik qalmaqla) müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
• Analitik düşünmə qabiliyyəti və işgüzar fəallıq;
• Komandada işləmək bacarığı;
• Məsuliyyət
• İdarəetmə qabiliyyəti, liderlik,ünsiyyət;

Dil bilikləri:

•  Azərbaycan ;
•  Rus ;
•  İngilis ;

Kompüter proqramları biliyi:

Мicrosoft office (Excel)

Öhdəliklər :

• Tematik və kompleksli yoxlamaların aparılması, həmçinin bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyyələrin verilməsi
• Rəhbərliyin sərəncamlarına/Təsdiqlənmiş Planlara uyğun olaraq ayrı – ayrı kredit layihələrinin monitorinqi .
• Monitorinqin nəticələri üzrə aşkar edilmiş kredit, girov riskinin faktorlarının təhlili və müvafiq rəylərin hazırlanması.
• Aşkarlanmış kredit/girov riskinin faktorlarının tənzimlənməsinə dair tədbirlər planının amillərinin razılaşdırılmasında və hazırlanmasında iştirak etmək.
• Monitorinq prosesinin planlaşdırılması və analitik müşayiətinin həyata keçirməsi, rəhbərlik və Bankın müvafiq struktur bölmələri üçün hesabatların, soraq-məlumat və digər materialların Bankda müəyyən edilmiş qaydaya uyğun hazırlanması.
• Nəzarət və müvafiq hesabatlıq.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər