9 C
Baku
Monday, December 23, 2024

Biznesdə MBA nəyə görə yuksək qiymətləndirilir?

MBA diplomu həqiqətən idarə  edənlərin işinin effektivliyini yaxşılaşdırır. Hər halda bunu İNSEAD biznes-məktəbinin axırıncı təhqiqatları təsdiq edir. Nə üçün MBA belə effektivdir – bu artıq tamamilə başqa sualdır.

Business Week saytında dərc olunan məqalədə İNSEAD biznes-məktəbinin profesoru Herminiya İbarra (Herminia İbarra) yazır ki, axır vaxtlar MBA proqramlarına kifayət qədər tənqid yağdırılmışdır. Çoxları onları oz tələbələrini yanlış maliyyə modellərini tədris etmələrində, risk-menecment suallarına kifayət qədər diqqət yetirməmələrində, əmək bazarını idarə edənlərlə həddən artıq doldurmalarında və real dünyadan uzaqlaşmalarında gunahlandırdılar. Nəticədə, tənqidcilərə inansaq, bütün bu illər biznes məktəbləri tamahkar və uzaqgörməyən biznes-liderlər hazırlamışlar, bunun nəticəsi isə maliyyə böhranına gətirib cıxarıb.

Bu müddəalar nə dərəcədə əsaslandırılmışdır? Harvard Business Review-də dərc olunmuş “Dunyanın 100 ən yaxşı baş direktorları” adı altında keçirilən axırıncı reytinqində onların muəllifləri İNSEAD biznes-məktəbinin professorları olan Herminiya İbarra (Herminia Ibarra), Urs Peyer (Urs Peyer), və Morten Hansen (Morten T. Hansen) biznes-liderlərin effektivliyinin obyektiv qiymətləndirilməsini onların fəaliyyət göstərdikləri uzunmuddətli dövru vurğulayaraq, yeni meyarlarla qiymətləndirmişlər. Başqa sözlə desək, idarə edənlərə qiymət onların şirkətdə işlədikləri ancaq axırıncı bir ilə yaxud bir rübə deyil, bütün dövrə verilirdi. Beləliklə, tədqiqat MBA tədrisinin bu ya və digər baş direktorun reytinqdəki mövqeyinə təsir gostərməsini təyin etməyə imkan verdi.

Əvvəldən planlaşdırılmışdı ki, tədqiqatda  dünyanın  qabaqcıl 1999 şirkətinin baş direktorları iştirak edəcəklər.. Lakin çox sayda biznes-liderlərin təhsilləri barəsində açıq məlumat olmadığına görə, iştirakçıların sayı 1109-a enmışdi və bu obyektiv nəticə əldə etmək üçün kifayət edir. Onu da qeyd etmək lazımdır ki, reytinqin yaradılması üçün əsas meyarlar səhmdarların investisiyalarının qaytarılması və icraçı direktorların işlədiyi müddətdə bazar kapitalizasiyasının dəyişməsi parametrləri olmuşdu.

Fransa, Almaniya, ABŞ, Böyük Britaniya kimi ölkələrdən olan şirkət direktorlarının bu qısaldılmış siyahısındada baş direktorların üçdə bir hissəsindən azında MBA diplomu var.  Tədqiqat müəllifləri MBA və uzunmüddətli perpektivdə yüksək nəticələrin əldə olunması arasında birbaşa əlaqə aşkar etmişdirlər. Yekun reytinqdə biznes-məktəbi bitirmiş iştirakçılar MBA diplomu olmayanlardan 40 mövqe yüksək yer tuturlar. Dünyanın on ən yaxşı baş direktorlarından yarısı, biznes-məktəbdə oxumuşdur.

İşin effektivliyi barəsində belə göstəricilər nəyi sübut edir? MBA diplomu olmayan baş direktorlar orta hesabla səhmdarların investisiyalarının 81%-nin, biznes-məktəbin məzunları isə 93%-nin geri qaytarılmasına nail olmuşlar.

Daha sonra tədqiqatın müəllifləri, reytinq iştirakçılarından kimin 50 yaşadək icraçı direktor olduğunu analiz etmişlər. Aydın olmuşdur ki, MBA diplomu bu göstəriciyə ciddi təsir göstərmək imkanına maliksir. Biznes-məktəblərin məzunlarının bu göstəricidə üstünlüyü reytinqin artıq 40 yox, 100 mövqeyini təşkil etmişdir. Eləcə də qeyd etmək lazımdır ki reytinqin tərtib olunduğu zaman, fəaliyyət sahəsi, şirkətdə işə başlama tarixi, əvvəlki işin təcrübəsi, iştirakçının şirkətdə işləməyə başlamazdan əvvəl olan uğurları kimi, başqa parametrlər də nəzərə alınmışdır. Və demək olar ki bütün göstəricilər üzrə MBA-nın üstünlüyü dəqiq özünü göstərirdi.

Beləliklə, əsas sual belədir – MBA diplomu nə üçün effektivdir? Çox ehtimal ki, biznes-təhsil baş direktora daha çox üstünlük verir və onun işinin effektivliyini yaxçılaşdırır, xüsusilə əgər o MBA proqramına daxil olduğu zaman, artıq biznesdə iş təcrübəsinə malik olub. Bəs MBA-nın başlıca faydası nədən ibarətdir?

Bəzi MBA məzunları üçün bu, öz bacarıqlarını yaxşılaşdırmaqdır. Bundan əlavə, biznes-məktəblər tələbələrdə həm sosial, həm də peşə keyfiyyətlərini inkişaf etdirməyə çalışırlar. Başqaları üçün isə MBA mükəmməllik əlamətidir, ona görə ki top məktəblər ən yaxşı namizədləri seçir, aparıcı şirkətlər isə öz növbəsində top-menecerləri elita arasında axtarırlar. MBA biznes-cəmiyyətinə daxil olmaq üçün yol açır, bu isə çox lazımlı tanışlıqlar, imkanlar və pulsuz məsləhətlər deməkdir.

Son xəbərlər
Digər xəbərlər