23 C
Baku
Tuesday, October 1, 2024

Biznesdə uğur qazanmış qadınların reytinqi

Amerikanın Fortune jurnalı artıq 18-ci dəfə illik biznesdə uğur qazanmış qadınların reytinqini təşkil etdi.  Reytinq dünya şirkətlərinin fəaliyyətinin, həmçinin dünya üzrə uğur qazanmış işgüzar qadınların vəzifələri təhlil edildikdən sonra yaradılmışdır.

Bundan əlavə, nəşr reytinqi təşkil edərkən şirkətin gəlirləri, biznesin vəziyyəti, onun inkişaf istiqaməti, həmçinin qadının karyera və perspektivləri əsas götürülmüşdür.

Bu il biznesdə ən çox uğur qazanmış qadın adına General Motors avtomobil şirkətinin baş icraçı direktoru Mary Barra layiq görülmüşdür.

Aşağıda reytinqin digər iştirakçıları ilə tanış ola bilərsiniz:

  • Mary Barra, General Motors baş icraçı direktoru
  • Indra Nooyi,  PepsiCo şirkətinin CEO-su
  • Ginny Rometta, IBM icraçı direktoru
  • Marilyn Hewson, Lockheed Martin şirkətinin prezidenti və icraçı direktoru
  • Ellen Kullman, DuPont şirkətinin icraçı direktoru
  • Abigail Johnson, Fidelity Investments şirkətinin prezidenti və icraçı direktoru
  • Meg Whitman, Hewlett Packard şirkətinin prezidenti və icraçı direktoru
  • Sheryl Sandberg, Facebook şirkətində COO
  • Irene Rosenfeld, Mondelez International şirkətinin sədri və baş icraçı direktoru
  • Phoebe Novakovic, General Dynamics icraçı direktoru
Son xəbərlər
Digər xəbərlər