14 C
Baku
Wednesday, April 17, 2024

Biznesdə xərcləri azaltmağın praktik üsulları

Hər bir biznes sahibi xərclərini optimal şəkildə azaltmağın yollarını axtarır. Bu xərclərin azaldılmasının yeni yollarını axtarmadan biznesiniz çətin ki, çiçəkləsin.

Əhəmiyyətli dərəcədə vəsaitə qənaət etməyə kömək edən praktik üsullar:

Freelancer əməkdaşlar

Hər il ofisdən kənar və freelancer işləyən əməkdaşların sayı artmaqdadır. Rahat qrafik, evdən işləmək imkanı, seçim şansı – bütün bunlar bütün dünya üzrə milyonlarla insanı cəlb edir. Məhz freelancer əməkdaşlar sığorta, məzuniyyət xərcləri və s. baxımdan şirkətə qənaət etmək imkanı yaradır. Bu ucuz işçi qüvvəsindən müxtəlif istiqamətlərdə istifadə etmək olar: şifrələmə, dizayn, kopiraytinq, tərcümə və s.

Təcrübə proqramı

Bəzən ofisdən kənar fəaliyyət göstərən əməkdaş da lazımi anda köməyinizə çatmayacaq. Çünki çətin ki, ən bacarıqlı freelancer işçi kilometrlərlə uzaq məsafədən masanızın üzərindəki sənədləri qaydaya sala biləcək. Yerli universitetlərlə əlaqə saxlayın və qarşılıqlı faydalı şərtlər təklif edin. Bundan əlavə, müvafiq internet saytlarında reklam yerləşdirin.

Virtual ofis yaradın

 

İcarə haqqı ilə bağlı qənaət etməyin digər bir yolu virtual ofisin yaradılmasıdır. Virtual ofis vasitəsilə isə yalnızca internetin kommunikasiya imkanlarından istifadə etməklə biznesinizi effektiv şəkildə idarə edə bilərsiniz.

Barter

Barter – kiçik biznes üçün əvəzedilməz köməkçi və böyük oyunçular üçün xüsusi təklifdir. Doğru yanaşma şərtlərində hər kəs məsələdən uduşla ayrılacaq. İşiniz üçün hər hansı faydalı məsələ qarşılığında öz professional xidmətlərinizi təklif edin. Bundan əlavə, bu, yeni müştəri və potensial uzunmüddətli partnyorlar tapmaq üçün əla vasitədir.

Reklam məqsədləri üçün sosial şəbəkələri “işğal edin”

Sosial şəbəkələr məhsulunuzu irəli çəkmək, yeni müştərilər tapmaq və bunu tamamilə pulsuz etmək imkanı verən unikal reklam platformasıdır. Bütün mümkün resurslarda səhifələr yaradın, maraqlı məzmun əlavə edin, promo-aksiyalar keçirin.

Son xəbərlər
Digər xəbərlər