Vəzifə: Biznesin inkişafı departamenti/Direktor
Əsas vəzifə öhdəlikləri:
– Bankın strateji planının hazırlanmasında iştirak edir və icrasına nəzarəti həyata keçirir;
– Marketinq strategiyasının müəyyən edilməsi, müvafiq tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə görülən işlərin effektivliyinin ölçülməsini təmin edir;
– Reklam, PR və Brend menecment işini təşkil edir;
– Rəhbərlik etdiyi sahə üzrə müəyyən edilmiş büdcə planının icrasına nəzarəti həyata keçirir;
– Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir;
– Biznes proseslərin monitorinqini və optimallaşdırmasını təmin edir;
– Məlumat mərkəzinin işinə nəzarət edir;
– Bankın strateji inkişafı ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələri həyata keçirir.
Tələblər:
– Ali təhsil;
– Analoji sahədə minimum 5 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili arzu olunandır;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.
Biz sizə nələr təklif edirik:
– Ölkənin aparıcı banklarının birində iş;
– Peşəkar və maddi inkişaf perspektivləri;
– Əmək haqqı müsahibə zamanı fərdi qaydada müzakirə olunur.
E – mail : [email protected]