7 C
Baku
Sunday, December 15, 2024

Biznesin inkişafı departamenti/Direktor – Expressbank ASC

Vəzifə: Biznesin inkişafı departamenti/Direktor

Əsas vəzifə öhdəlikləri:

– Bankın strateji planının hazırlanmasında iştirak edir və icrasına nəzarəti həyata keçirir;
– Marketinq strategiyasının müəyyən edilməsi, müvafiq tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə görülən işlərin effektivliyinin ölçülməsini təmin edir;
– Reklam, PR və Brend menecment işini təşkil edir;
– Rəhbərlik etdiyi sahə üzrə müəyyən edilmiş büdcə planının icrasına nəzarəti həyata keçirir;
– Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir;
– Biznes proseslərin monitorinqini və optimallaşdırmasını təmin edir;
– Məlumat mərkəzinin işinə nəzarət edir;
– Bankın strateji inkişafı ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələri həyata keçirir.

Tələblər:

– Ali təhsil;
– Analoji sahədə minimum 5 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili arzu olunandır;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Biz sizə nələr təklif edirik:

– Ölkənin aparıcı banklarının birində iş;
– Peşəkar və maddi inkişaf perspektivləri;
– Əmək haqqı müsahibə zamanı fərdi qaydada müzakirə olunur.

E – mail : [email protected]

Son xəbərlər
Digər xəbərlər