Biznesin İnkişafı üzrə Menecer
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən baş ofisi üçün Biznesin İnkişafı üzrə Menecer vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Kredit məhsulların idarəedilməsi, inkişaf etdirilməsi, bazar şərtlərinə uyğun təkmilləşdirməsi və yeni məhsulların hazırlanması.
• Rəqəmsal kredit məhsullarının idarəedilməsində təcrübə, bu növ kredit məhsullarına aid maliyyə, İT və əməliyyat məsələlərinə rəhbərlik.
• Rəqəmsal və standart marketinq fəaliyyətlərinə nəzarət və idarəetmə.
• Əməkdaşlıq əlaqələrini və yüksək performansı inkişaf etdirmək .
• Təşkilatın səmərəliliyinin artırılmasını təmin etmək .
• Kredit məhsullarının aylıq satış məqsədlərini müəyyənləşdirmək və onlara nəzarət etmək.
• Satışın artım strategiyalarını hazırlanmaq və həyata keçirmək.
• İllik və uzunmüddətli planların hazırlanması.
• Qısa müddətli və uzunmüddətli hədəflərə nail olmaq üçün işçilərin performans standartlarını müəyyənləşdirmək.
• Güclü və səmərəli idarəetmə qrupunun yaradılması.
• Məhsullarla əlaqəli olan bütün prosedur və siyasətlərə əməl və nəzarət etmək.
• Tabeçiliyində olan heyəti motivasiya etmək.
• Müştərilərin, kadrların, idarəetmənin, mülkiyyətin, maliyyələşmənin, biznesin nüfuzunun müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin idarə edilməsi tədbirlərinin həyata keçirmək.
• İşçilərin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsini aparmaq.
• Şirkətin qanunvericiliklə və daxili qaydalarla müəyyən edilmiş bütün tələblərə riayət olunmasını təmin etmək.
• Marketinq və kredit məhsullarının davamlı fəaliyyətini təmin etmək.
• Mütəmadi olaraq kredit məhsullarının satışına dair görüşlər keçirmək.
• Məhsulların təslim vaxtını və hər hansı bir gecikmənin olub olmamasını yoxlamaq.
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
• Satış və müştərilər ilə işlərin təkmilləşdirilməsi üçün tabeçiliyində olan əməkdaşlar ilə məqsəd və vəzifələrin qoyulmasını həyata keçirmək.
• Tabeçiliyində olan əməkdaşların iş faəliyyətini sıx nəzarət altında saxlamaq, yeni nəzarət mexanimzləri ilə bağlı rəhbərliyə təkliflərini təqdim etmək.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• İT, Kredit və Marketinq sahəsi üzrə təcrübə;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dili bilikləri.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Biznesin İnkişafı üzrə Menecer) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.