7 C
Baku
Wednesday, March 12, 2025

“Biznesin müflisləşməsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiqlənib

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

Yol xəritəsinə görə, cari ilin 1 iyun tarixinə qədər, “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Eyni zamanda bu ilin 1 iyun tarixinə qədər, müflisləşmə sahəsində məhkəmə işlərinə baxılması qaydasının daha da təkmilləşdirilməsi üçün Mülki Prosessual Məcəllədə dəyişikliklərə dair layihələrin hazırlanaraq aidiyyəti üzrə Komissiyaya təqdim olunması və mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş sağlamlaşdırma və iflas prosedurlarının müəyyən edilməsi ilə əlaqədar layihənin hazırlanaraq aidiyyəti üzrə Komissiyaya təqdim olunması planlaşdırılır.

Həmçinin hər rüb, kommersiya mübahisələrinə baxan hakimlərin müflisləşmə sahəsində bilik və təcrübələrinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi, o cümlədən təlimlərin keçirilməsinin davam etdirilməsi, vəkillər üçün müflisləşmə və sağlamlaşdırma ilə bağlı mövzular üzrə təlimlərin keçirilməsi nəzərədə tutulub.

Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Biznesin müflisləşməsi işçi qrupu”na rəhbərliyi ədliyyə nazirinin müavini Abiddin Hüseynov həyata keçirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər