9 C
Baku
Friday, December 13, 2024

Biznesin qızıl qaydası

Digər fəaliyyət sahələri kimi biznesin də özünəməxsus xüsusiyyətləri vardır. Uğurlu biznes idarə edə bilmək üçün, biznesin qızıl qaydasına riayət etmək lazımdır, bu qayda bir neçə tərkib hissəyə parçalanır.

Beləliklə biznes beş təməl prinsipə əsaslanır və onlara riayət edilməsi mütləq xarakter daşıyır. Yalnız bu qaydaların birgə tətbiqi sizin biznesinizin çiçəklənməsinə təminat verə bilər. Qarşıda biz bu prinsiplərin hər biri haqqında ayrıca danışacaq və onların əhəmiyyətlilik dərəcəsini müəyyən edəcəyik. 

1.Biznesin qızıl qaydasının birinci prinsipi belədir: Siz pulu həmişə qabaqcadan almalısınız. Əgər sizdən gözləməyi və pulu hər hansı bir tarixdən sonra ödəməyi xahiş edirlərsə, heç bir halda bununla razılaşmaq olmaz. Bu qayda həm satışlar, həm də xidmət göstərilməsi ilə bağlı özünü doğruldur. Məsələn, heç kəs sizin saç düzümü və ya manikürünüzü pulsuz – ya da borca etməyəcək. Biznesdə də vəziyyət eynidir. Əbəs yerə demirlər ki, etibar üzərində qurulmuş biznes sonda düşmənçilik ilə başa çatır. Sizi xəsis və ya tamahkar insan kimi qəbul edəcəklərindən qorxmaq da lazım deyil. Biznes qaydaları, adi gündəlik həyatdan çox fərqlənir.

2. Biznesdə ikinci vacib prinsip – maraqlı və faydalı ideyanın mövcudluğundadır. Əgər sizin biznes sizdən başqa heç kəs üçün maraq kəsb etmirsə, o heç kəsə gərəkli və lazımlı olmayacaq.

3. Növbəti vacib prinsip –sizin mənəviyyat səviyyəniz ilə bağlıdır. Əgər siz nəyəsə görə məsuliyyəti öz üzərinizə götürmüsünüzsə və hər hansı bir öhdəlik daşıyırısınızsa, siz mütləq onu yerinə yetirməlisiniz. Reputasiyanı korlamaq elə də çətin deyil və bunu çox qısa müddət ərzində etmək mümkündür. Onu bərpa etmək isə çox çətin və uzunsürən prosesdir. Hətta verilmiş vədi yerinə yetirmək sizin zərəriniz bahasına başa gəlsə belə, bunu etmək olduqca zəruridir –çünki biznes sahibi üçün ən vacib olan onun reputasiyası, yəni nüfuzudur.

4. Biznesin dördüncü qızılı prinsipi – biznesin təkbaşına idarə edilməsidir. Çox nadir hallarda tərəfdaşlar, şəriklər və ortaqlar uzun müddət ərzində eyni bir biznesin idarə edilməsində razılığa gələ bilir. Əksər hallarda belə alınır ki, müəyyən müddət ötdükdən sonra insanlarda müxtəlif problemlərin həlli ilə bağlı fərqli nəzər nöqtələri meydana gəlir. Biznesin sonradan parçalanması isə itki və zərərdən başqa heç nə gətirmir.

5. Sonuncu isə sənədlərdə səliqə və nizam-intizamdır. Bütün sənədlərin qaydada olması bir yana, ümumiyyətlə sənədlərin mövcudluğu və hər birinin yerində olması vacibdir. Buna görə də, bütün sazişlər, razılaşmalar kimlə imzalanmasından asılı olmayaraq (tərəfdaşlar, tədarükçülər, alıcılar) sənədli şəkildə rəsmiləşdirilməlidir. Heç kəsə sadəcə sözdə inanmaq olmaz. Bu gün dost dediyiniz insan- sabah düşmən ola bilər. Əgər bütün zəruri sənədləriniz olsa və hər biri lazımı qaydada tərtib edilsə biznesdə mümkün problemlər haqqında narahat olmaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər