16 C
Baku
Thursday, March 28, 2024

Biznesin strateji planlaşdırılması: nədən başlamalı?

Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o,

a) bazarın konyunkturuna;

b) rəqabətə;

c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır. Bu cür proqram firmanın strategiyasını əks etdirir.

Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir. Hərbi terminologiyanın idarə edilməsində görünür, sahibkarlığın döyüş xarakterini bir daha təsdiq edir.
Strategiya – çoxcəhətli anlayışdır. Onun ən mühüm xüsusiyyətləri kimi aşağıdakı tərifləri vermək olar ki, bunlar bu anlayışın mahiyyətinə tamamilə cavab verirlər:

  • son nəticənin əldə edilməsi vasitəsi;
  • təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;
  • firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi;
  • firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi;
  • hərəkət planı;
  • mühafizə, yəni rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər kimi nəzərdən keçirilir;
  • hərəkətlərin ardıcıllığı, yəni plan reallaşmaya bilər, lakin hərəkətlərin ardıcıllığı hər halda təmin edilməlidir;
  • ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir;
  • perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;
  • firmada işin təşkilinin güclü və zəif tərəflərinin analizinin nəticəsi və onun inkişafının imkan və əngəllərinin müəyyən edilməsi;
  • ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqcadan hazırladığı reaksiya.
  • Firmanın inkişaf strategiyasının hazırlayarkən, onun bir sıra tələblərə cavab verməsinə nail olmaq vaciblir:
  • nail olunması ümumi iş üçün həlledici olan əsas məqsədlərdən ibarət olmalı;
  • koordinasiya edilmiş rəhbərlik bildirilməli;
  • mütərəqqi təşəbbüsə kömək olmalı;
  • başlıca qüvvələr lazımi yerdə və lazımi vaxtda cəmləşməli;
  • zəmanətli resursları təmin etməli;
  • maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün taktiki hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır.

Strategiya arzu olunan məqsədlərin sadə tərifi və onların həyata keçirilməsinin razat üsulları ola bilməz. Arzu olunanı gerçək hesab etmək hələ strategiyanı işləyib hazırlamaq demək deyil. Strategiya arzulardan deyil, firmanın real imkanlarından doğmalıdır. Ona görə də, strategiya, hər şeydən əvvəl, firmanın öz fəaliyyətinin obyektiv xarici və daxili vəziyyətinə reaksiyasıdır. İnkişaf strategiyasının əsaslandırılması prosesi xarici və daxili təsərrüfatçılıq mühitinin nəticələrindən asılıdır, hər şeydən əvvəl, bazarın tələblərinin üzə çıxarılması və onların yerinə yetirilməsi üçün firmanın imkanlarının müəyyənləşdirilməsi ilə şərtləndirilir.

Firmanın inkişaf strategiyası gələcəkdə onun bazarda yaşamaq qabiliyyətini təmin edəcək yanaşmalar kompleksinin işlənib hazırlanmasını nəzərdə tutur. Yalnız inkişaf strategiyası və onun firmanın strateji planı formasında sənədlə təsdiqi qəbul edildikdən sonra həmin firma marketinq və istehsal sahəsində öz planlarını əsaslandırmağa başlayacaq, idarəetmənin təşkilati strukturunu quracaq, investisiyaların ölçüsünü müəyyənləşdirəcək, personalın əmək haqlarını müəyyən edəcək və s.

Firmanın strategiyası təsdiq olunduqdan sonra da inkişaf edə bilər. Heç də hər zaman hər şeyi xırdalıqlarına qədər düşünmək və sonra uzun müddət dəyişikliklər etmədən yaşamaq mümkün deyil. Strategiyanın işləniö hazırlanması prosesi mühitin hər hansı dəyişikliklərinə olduqca həssasdır. Bazarda rəqabətin qabaqcadan proqnozlaşdıra bilmədiyimiz xarakteri meydana çıxdığını görə isə qiymətlərin qalxması və enməsi, dövlət tənzimlənməsində yeni yanaşmalar və başqa hadiələr baş verir və buna görə də onlar sahibkarlıq subyektindən strategiyanın dəyişməsini tələb edə bilər. Həmişə firmanın reaksiya verəcəyi nə isə təzə bir şey meydana çıxır, nəticədə onun yeni strateji boşluqları açılır. Ona görə də strategiyanın təkmilləşdirilməsi vəzifəsi sonsuzdur. Firmanın inkişaf strategiyası özündə planlaşdırılmış və düşünülmüş hərəkət xəttini, həmçinin mühüm yeniliklərə reaksiya vermək imkanlarını birləşdirməlidir.

Lakin hər bir müəssisə yaşadığı mühitdən asılı olmayaraq, özünün fəaliyyət strategiyasına malik olmalıdır, ona görə ki, biznes daim öz kursunu dəyişə bilməz, 100 faiz çevik ola bilməz və təsərrüfatçılıq mühitində hər bir dəyişikliyə təşkilati dəyişikliklə cavab verə bilməz. Müəssisənin, onun binasının, avadanlıqlarının, texnologiyasının, personalının yerləşdirilməsi müəyyən məkan və zaman çərçivələrinə malikdir. Bir dəfə qəbul edilmiş qərarlar və onların reallaşdırılması üçün yerinə yetirilən işlər təsərrüfatçılığın ətalətinə təsir edir. Əgər müəssisə statik əhatədə fəaliyyət göstərirsə, bu zaman strateji planlaşdırmaya ehtiyac olmaz. Lakin təsərrüfatçılıq mühiti dinamik olaraq iqtisadi, texnoloji, siyasi və s. cəhətdən dəyşir. Ona görə də müəssisənin planlaşdırılması bu dəyişikliklər kontekstində onun gələcəyinin yaradılması üçün bu dəyişikliklərə reaksiya və adaptasiya vasitəsidir.

Strategiyanın müasir dərki firmanın maksimal elastikliyinin saxlanması zərurətindən irəli gəlir. Strategiya gələcəyin ümumi ideyalarının məhz formalaşmasına aid olmaqla, onun detallarına və tərkib hissələrinə toxunmur. O, mövcud resursların strukturu və vəziyyəti ilə sərt surətdə uyuşmuş, belə ki, dəyişikliklər labüddür. Strategiyanın təşkilati ifadəsi strateji planlaşdırmadır. Strateji planlaşdırma – firmanın inkişafının seçilmiş strategiyasının sənədlə təsdiqidir.

Strateji planlaşdırma, birincisi, gələcəyin modelləşdirilməsi prosesini təşkil edir ki, uzunmüddətli inkişafın məqsədləri müəyyənləşdirilməli və uzunmüddətli inkişaf konsepsiyası hazırlanmalıdır. İkincisi, bu, firmanın məqsədləri, onun potensial imkanları və perspektivdə şansları arasında strateji uyğunluğun saxlanmasının idarəetmə prosesidir. Nəhayət, üçüncüsü, strateji planlaşdırma – adaptiv prosesdir. Bu proses nəticəsində aşağıdakılar baş verir: a) plan şəklində tərtib edilmiş qərarların müntəzəm (illik) təshih edilməsi; b) fasiləsiz nəzarət və fərmanın fəaliyyətində baş verən dəyişikliklərin qiymətləndirilməsi əsasında bu planların yerinə yetirilməsi üzrə tədbirlər sisteminin yenidən nəzərdən keçirilməsi.
Strateji planlaşdırma aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur. O:

• firmanın planlı fəaliyyətinin rəngarəng növləri əhatə edir: strateji planda müxtəlif dövrlər üçün – uzunmüddətli, ortamüddətli, qısamüddətli, cari, həmçinin müxtəlif funksiyalı – marketinq, istehsal, personal və s. nəzərdə tutur;
• hər şeydən əvvəl, a) uzunmüddətli təşkilati uzaqgörənlik, b) daxili koordinasiya vasitəsilə ətraf mühitə adaptasiya, c) resursların bölüşdürülməsi və yenidən bölüşdürülməsi kimi çoxsaylı qərarları əhatə edən çoxmərhələli, ardıcıl və paralel prosesdir;
• zamanın deyil, istiqamətlərin funksiyasıdır;
• planın innovasiya xarakterini əks etdirir;
• firmanın inkişafının məcmu qlobal ideyalarını təşkil edir;
• inkişafın perspektiv istiqamətini nəzərdə tutur;
• biznesin «dar yerləri»ni diaqnostika edir;
• firmanın fəaliyyətinin və siyasətinin əsas növlərini müəyyən edir;
• firmanın hər bir yarımbölməsi üçün firmanın ümumi inkişaf strategiyası ilə razılaşdırılmış məqsədlər müəyyən edir;
• planlaşdırmanın hər hansı başqa növü üçün əsas təşkil edir, belə ki, firmanın rəhbər plan sənədidir;
• marketinq, istehsal, maliyyə və digər fəaliyyətin vahid sistemini nəzərdə tutur;
• firmanın bütün qüvvələrini koordinasiya edir və hərəkətlərin firmadaxili razılaşdırılmasını nəzərdə tutur;
• firmanın məhdud iqtisadi resurslarını bölüşdürmək üçün əsas yaradır;
• uzunmüddətli dövr üçün alternativ hərəkətlər nəzərdə tutur;
• firmanın fəaliyyətinin güclü və zəif tərəflərinin qiymətləndirilməsinə sistemli yanaşmanı təşkil edir;
• gələcəyə nail olmaq üçün zəruri olan prosedur və əməliyyatların işlənib hazırlanmasını nəzərdə tutur;
• növbəti monitorinq üçün fəaliyyət mərhələlərinin yoxlama parametrlərini müəyyən edir.

Strateji planın tərtibinin vahid şəklə salınmış forması yoxdur. O, bütövlüklə konkret firmanın rəhbərinin və mütəxəssislərinin rəyindən, onların biznes qarşısında duran vəzifələri yaxşı bilmələrindən, təşkilatın ətraf mühitdə zəruri hərəkəti haqqında təsəvvürlərindən və işlərin metodoloigiyasını nə dərəcədə mənimsəmələrindən asılıdır.

Strateji planın başqa planlardan prinsipial fəarqləri nədən ibarətdir? Belə ki, strateji və biznes plan arasında fərqlər, hər şeydən əvvəl, məlumatlılıq vaxtına və kateqoriyasına, hərəkət sxemlərinin xırdalıqlarına qədər işlənməsinə, yanaşmaların miqyasına toxunur. Göstərilən planların müvəqqəti fərqləri ondan ibarətdir ki, strateji plan adətən müddətlərinə görə daha uzun müddətə həyata keçirilir. Biznes plan tərtib edilərkən məlumatlılıq daha yüksəkdir; burada nəzərdə tutulan hərəkətlərin xırdalıqlarına qədər işlənməsi qeyd olunur, lakin burada yanaşmaların miqyası daha sadədir. Bu planlar dayaq nöqtələrindəfərqli əsaslanma metodologiyalarına malikdirlər: biznes planda – yuxarıda göstərilən əsas bölmələr, strateji planda isə daha qlobal və sistemli, həm də idarəetmənin müxtəlif səviyyələrində əks edilmişdir.

Strateji və taktiki planlaşdırma arasında prinsipial fərqlər mövcuddur. Belə ki, strateji planlaşdırmanın başlıca məsələsi firmanın nəyə nail olmasıdır. Konkret qərarlarla bağlı taktiki planlaşdırma isə strateji məqsədlərə nail olmaq üçün firmanın resurslarının necə bölüşdürülməsini müəyyən edir. Taktiki planlaşdırma konkret informasiyaya əsaslanır, onun qərarları konkret rəqəmlərdə daha asan qiymətləndirilir, onlar daha az riskə məruz qalır, belə ki, əsasən daxili problemlərə toxunurlar. Deməli, taktiki planın götəricilərinin yerinə yetirilməsi daha yaxşı izlənir.

Fərqlərə baxmayaraq, strateji və taktiki planlaşdırma arasında sıx qarşqılıqlı əlaqə də müşahidə olunur. Bu, hər şeydən əvvəl, onunla əlaqədardır ki, ikincisi tərkib hissə olub, birinci mərhələdən sonra gəlir.

Firmada strateji planın işlənib hazırlanması sinergiyaya vurğulanaraq həyata keçirilir, belə ki, xidmət və yarımbölmələrin sıx qarşılıqlı əlaqəsi, həmçinin onların plan vəzifələrinin yerinə yetirilməsində səlahiyyətlərinin bölüşdürülməsi başqa planlarda olduğundan daha əhəmiyyətlidir. Firmanın menecerləri plan tərəfindən müəyyən edilmiş fəaliyyət məqsədlərini, həmçinin işləyəcəkləri proqnozlaşdırılan təsərrüfatçılıq şəraitini də yaxşı bilməlidirlər.

Əlbəttə, strateji plan bazarın bəlalarından panaseya deyil və yalnız onun üstünlüklərinə bel bağlamaq olmaz. Hər bir real sənəd kimi onun da müəyyən təhlükə doğuran nöqsanları vardır. Belə ki, strateji planın yerinə yetirilməsi zamanı həmişə onun firmanın bürokratik fəaliyyət prosesinin rəsmi sənədinə çevrilməsi ehtimalı var. Bu isə planlaşdırmanın bu növünün potensial imkanlarının aşkara çıxmasına imkan verməyəcək. Başqa, mərkəzin rolunun güclənməsi və, deməli, strateji planın həyata keçirilməsinə demokratik başlanğıcda hamarlama ilə bağlı bir təhlükə də mövcuddur ki, bu zaman firmanın personalının iştirakı mexaniki, konkret icraçılar tərəfindən yerlərdə bu fəaliyyətin həyata keçirilməsində imkanların yaradıcı dərki olmadan baş verəcəkdir. Beləliklə, firma tərəfindən strateji planın onun strateji inkişafı sənədi kimi qəbul edilməsi sahibkarlıq məqsədlərinə nail olmaq üçün gələcək hərəkətlərin zəruri istiqamətlərini sistemli və miqyaslı əsaslandırmağa imkan verir. Lakin strateji planlaşdırma prosesi, bu planın reallaşdırılması prosesi kimi dialektik dərk və biznesin yaranmış şərtlərindən yaradıcı istifadə tələb edir

Son xəbərlər
Digər xəbərlər