13 C
Baku
Saturday, April 27, 2024

Biznesin transformasiyası

McKinsey konsaltinq şirkəti tərəfindən aparılan yeni araşdırma, təşkilatların müvəffəqiyyətlə dəyişdirilməsi üçün nəyin vacib olduğunu göstərir. 

Fakt: dörd dəyişiklikdən üçü uğursuz olur. 

success

Yüzlərlə biznes transformasiyalarının təhlili əsasında McKinsey uğurun 4 göstəricisini müəyyənləşdirir. 

  1. Miqyas əhəmiyyət kəsb edir

Uğurlu dəyişikliklər işin demək olar ki, bütün bölmələrini və funksiyalarını – həm yuxarı, həm aşağı səviyyədə – işçilərin böyük hissəsini əhatə edir. 

Diaqramda görürük ki, dəyişikliklərdən əlavə dəyərin 40%-i yeni açıq imkanlardan yaranır. Artım xərclərin azaldılması kimi transformasiya üçün stimul ola bilər.download

  1.  Sürət hər şeyi həll edir

Tez zamanda əldə edilə bilən nəticələr var, lakin onlardan bəziləri daha çox vaxt tələb edir. Sürətli qələbələr daha iddiaları hədəflərə çatmağa kömək edir. Bunun üçün başlanğıcda sıçrayış etmək tələb olunur, gələcəkdə bu fikirlər realizə edilə bilən plana çevrilir. download 1

  1.  Şirkətin sağlamlığı vacibdir

McKensey hesab edir ki, “təşkilatın sağlamlığı” ümumi strategiyadan və onun nə dərəcədə yaxşı həyata keçirilməsindən asıldır. Bu parametrlər maliyyə məqsədləri qədər aydın və ölçülə bilən olmalıdır. Bu göstərici özündə səhmdarların ümumi mənfəətini demək olar ki, iki dəfə artıran biznesin sağlamlığındakı dəyişiklikləri cəmləşdirir. 

Qrafikdə şirkətin sağlamlaşdırma tədbirlərini tam və ya qismən həyata keçirildiyi zaman ortaya çıxan məlumatları görürük. download 2

  1. Böyük məqsədlər

Başlanğıcda göründüyündən daha çox şeyə nail olmaq istəyi. Transformasiya məqsədlərinin 75% və daha tüksək səviyyədə təyin edilməsi mənfəəti artırır. 

Böyük addım atın

Təyin etdiyiniz çərçivədən kənara çıxın ki, həqiqətən nəyin mümkün olduğunu müəyyən edəsiniz. Böyük inamlı addım bir neçə kiçik addımlardan üstündür.

Qarşınıza ambisiyalı məqsədlər qoyun

Şirkətin potensialının ilkin qiymətləndirmələrindən iki-üç dəfə yüksək olan məqsədlərə çatmaq mümkündür. Və bu, istisna deil. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər