21 C
Baku
Monday, April 29, 2024

Biznesmen olmaq bir incəsənət kimi

 İnsanlar biznesə müxtəlif səbəblərdən başlayır. Bəziləri bunu sevdiyi işlə məşğul olmağın yeganə yolu, digərləri isə insanlara daha yaxşı xidmət göstərmək vasitəsi kimi, bəziləri isə sadəcə hesabları ödəmək  vasitəsi kimi görür.  Motivindən asılı olmayaraq, ən uğurlu biznesmenlərin əksəriyyəti həqiqətən sənətkarlardır. 

Rəssamlar öz şedevr əsərlərini yaratmaq qərarına gələndə, əvvəlcə ağ kətana nəzər salırlar. Heykəltəraşlar isə öz dahi incilərini hazırlamaq istəyəndə bir daş parçasına baxırlar. Bəs rəssamları və heykəltəraşları digər insanlardan nə fərqləndirir ki,  onlar ağ kağızda və bir daş parçasında digərlərinin görə bilmədiklərini görürlər. Iş adamları isə öz şah əsərlərinə yaxınlaşmaq istəyəndə, fürsətlərdən başqa baxacaqları bir şey olmur. Bu elə heykəltəraşın və ya rəssamın görə bildiyi imkan-fürsətlərdir.

Heç nədə nə isə görə bilmək (yoxdan var etmək) qabiliyyəti həqiqi sənətkarlıq tələb edir və situasiyanı cilalayaraq öz təsəvvür etdiyin hala gətirib çıxarmaq üçün isə daha böyük ustalığa ehtiyac duyulur.  Bəzən sizin gördüyünüzü sizdən başqa heç kəs görə bilmir, bəzən siz heç olmayan yerdə imkan gördüyünüzü  söyləyəndə sizə dəli kimi yanaşırlar. Düzdü ola bilər ki, siz dəlisiniz, amma olsa bilsin ki, sadəcə gördüyünüzün mümkünlüyünə inanacaq qədər dəlisiniz.

Əgər siz hər bir kəsin artıq etmiş olduğunu etsəniz, onda siz də yalnız onların sahib olduğuna sahib olacaqsınız.  Bu məhz biznesmenlərə xasdır ki, onlar digər insanların cəsarət etmədiyi şeyləri edirlər və heç kəsin sahib olmadığı şeylərə sahib olurlar. Onlar uzunmüddətli məmnuniyyət hissindən ötrü dərhal verilən mükafatlardan və qısamüddətli  həzlərdən imtina edirlər. Onlar həftə sonları və ya uzun gecələri işləməkdən boyun qaçırmırlar, çünki inanırlar ki, bu gec-tez öz bəhrəsini verəcəkdir. Bu onları qorxuya sinə gələrək, öz istədiyi işlərin arxasınca getməyə aparan bir inamdır. Bu qorxuna məlumluqdan və şübhələrdən yaranmışdır. Onlar inad göstərdikcə və tab gətirdikcə sonda öz şedevrlərini yaratmağa nail olurlar.

Əsl şah əsərləri isə ömürlərdir, bu ömürlər elə dəyərlər və həyat eşqi ilə doludur ki, sizi hər gün yuxudan durub sevdiyiniz iş ilə məşğul olmağa və bunun vasitəsi ilə gəlir qazanmağa ruhlandırır. Çox insanlar ona görə iş adamı olmurlar ki, öz arzularını pula necə çevirməyin yollarını bilmirlər. Xoşbəxt biznesmenlər isə həqiqətən də zövq aldıqları işləri görməklə və eyni zamanda  digər insanların səyindən, resurslardan və texnologiyalardan istifadə etməklə qalan şeylər ətrafında sistem qurmağın yollarını tapırlar.

Mən istərdim ki siz özünüzə belə bir sual verəsiniz: siz nə etməyi sevirsiniz və siz necə edə bilərsiniz ki, sevdiyiniz işlə daha çox və sevmədiyiniz işlə isə daha az məşğul olasınız. Sonra isə mən sizdən soruşacağam ki, siz necə edə bilərsiniz ki, sevdiyiniz işlə məşğul olmaq ilə bərabər həm də digər insanlara xidmət etmiş olasınız, yəni həm işinizdən zövq alasınız, həm də kimin isə işinə yarayasınız. Həmçinin getdikcə daha çox miqdarda insana xidmət edəsiniz.  Növbəti addımda mən özümdən soruşardım, necə edim ki, həm sevdiyim işi görüm, həm başqalarına xidmət edim, həm də bununla mənim həyat tərzimi təmin edəcək qədər vəsait qazana bilim. Əgər siz bu suallara cavab verə bilir və istədiyiniz həyatı qura bilirsinizsə, demək siz artıq Biznes Sənətkarınız!!

Burada Biznes Sənətkarına çevrilmək üçün beş sadə addım verilmişdir:

  • Əşyalarda imkanlar görməyə cəhd edin.
  • Gördüyünüzün mümkünlüyünə inanın.
  • Özünüzün şedevr biznesinizi yaratmaq üçün başqalarının etmədiyi işləri görəcək qədər cəsarətli olun.
  • Biznesinizi öz dəyərləriniz və  hədsiz istəyiniz ətrafında yaradın.
  • Sevdiyiniz işi görməklə digərlərinə necə xidmət edə biləcəyinizi aşkar edin.
Son xəbərlər
 ⁠
Digər xəbərlər