10 C
Baku
Thursday, December 12, 2024

Biznesmen qadına qarşı sui-qəsd törədildi

Monakonun ən varlı ailələrindən birinin rəhbəri Eles Pastor Nitsada yerləşən xəstəxanada dünyasını dəyişdi. Onun ölümünə isə səbəb 6 mayda  ona qarşı edilən sui-qəsd cəhdləri nəticəsində aldığı yaralar idi. 77 yaşlı biznesmen qadına və onun sürücüsünə hücum etmiş cinayətkarın motivləri hələ məlum deyil.

Yaşlı biznesmen qadına qarşı sui-qəsd onun Nitsada müalicə kursu keçən oğluna ziyarəti zamanı baş tutur. O geri qayıdan zaman naməlum bir şəxs ov tüfəngi ilə onun avtomobilini atəşə tutur.

Elen Pastor və onun sürücüsü Nitsada yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilir. Onların hər ikisində çoxsaylı güllə yaraları və daxili orqanların zədələnməsi halları müşahidə edilmişdi. Hadisədən dörd gündən sonra sürücü dünyasını dəyişir. Elenin özü isə bir müddət komada qaldıqdan sonra, bu yaxın günlərdə şüuru geri dönmüşdü.

Polis hələ ki, qətlin motivləri ilə bağlı hər hansı versiyaya sahib deyil. Məlumdur ki, Elen Pastor çox sakit həyat tərzi sürürdü və onun sürücüsünün də heç kimlə ədavəti yox idi.

Pastor ailəsinin sərvəti 19 milyard avro olaraq qiymətləndirilir. Bu sərvətin əsas mənbəyi daşınmaz əmlaka və tikinti sahələrinə sahib olmaq idi. Pastorların son layihələrinə nümunə olaraq isə Novotel, Monte-Carlo View və Garden House binaları göstərilir.

Son xəbərlər
Digər xəbərlər