14 C
Baku
Friday, November 22, 2024

Biznesmen və balıqçı

Günlərin birində bir biznesmen balaca bir kənddə körpünün üzərində dayanıb, köhnə bir qayıqda oturmuş balıqçını seyr edirdi, həmin anda balıqçı böyük bir tunes balığını sudan çıxardır. Biznesmen uğur münasibəti ilə balıqçını təbrik edir və soruşur ki, belə bir balığı tutmaq üçün nə qədər vaxt lazımdır?

— Bir iki saat, çox olmaz, — balıqçı cavab verdi.

— Bəs nəyə görə sən dənizdə daha çox qalıb, bir neçə belə balığı tutmağa çalışmadın? – təəccüblə biznesmen soruşdu.

— Sabahkı günü yaşamaq üçün bir balıq bəs edər, o biri cavab verdi.

— Bəs, sən qalan bütün günü nə ilə məşğul olursan?, biznesmen yenə də marağını gizlətmirdi.

— Mən günortayacan yatıram, sonra bir-iki saat balıq tutmaqla məşğul oluram, sonra isə öz uşaqlarımla oynayıram, daha sonra biz arvadımla birlikdə uşaqları yatızdırırıq, sonra kəndə gəzməyə çıxıram, axşamlar dostlarımla birlikdə şərab içir və öz sevimli gitaramda ifa edirəm. Gördüyünüz kimi mən həyatımdan zövq alıram – balıqçı söhbəti biznesmenə izah etdi.

— Qəribə adamsan – biznesmen ona dedi – bunu ona görə sənə deyirəm ki, sən heç nəyi düz etmirsən. Sənin yerində olsaydım bütün günü balıq tuta və özümə yekə bir qayıq alardım.

— Bəs sonra? — balıqçı soruşur.

— Sonra isə sən bu qayıqla daha çox balıq tuta bilər, özünə bir neçə qayıq, hətta gəmi ala bilərsən və gözəl günlərin birində sənin çoxlu gəmilərin olacaq.

— Sonra nə?

— Sonra isə sən, balığı vasitəçiyə satmaq əvəzinə özün balığı bir-başa fabrikə apara biləcəksən, gəliri artırdıqdan sonra isə öz şəxsi fabrikini açarsan.

— Sonra?

— Sonra isə sən, Allahın da yadından çıxartdığı bu kəndi qoyub, iri şəhərə köçəcəksən, ola bilsin ki, orada öz ofisini açdın, bir gün direktor da ola bildin.

— Bütün bunlar nə qədər vaxt aparacaq?

—15–20 il.

— Bəs sonra?

— Sonra isə, — biznesmen gülümsədi, — sonra isə ən çox gözlənilən an gəlib yetişəcək. Sən öz firmanı bir-neçə milyon dollar satıb, zəngin ola bilərsən.

— Sonra?

— Sonra isə daha işləmək lazım olmayacaq, sən sahil qırağında balaca bir kəndə köçərsən, günortaya qədər yatarsan, bir azcıq kefin istəyəndə balıqçılıq edərsən, uşaqlarla oynarsan, axşamlar dostlarınla kənd boyu gəzər, yeyib içərsiniz, oturub gitara çalarsınız.

Son xəbərlər
Digər xəbərlər