9 C
Baku
Monday, November 18, 2024

“Black Friday” endirimləri – Azərbaycanda hansı banklar təklif edir?

“Black Friday” – “Qara Cümə” ildə bir dəfə noyabr ayının son həftəsinin cümə gününə təsadüf edən, bütün xidmətlər üzrə endirim kampaniyalarının 3 gün ərzində davam etdiyi bir dövrdür. “Black Friday” zamanı bir çox sektorda müxtəlif məhsullara endirim tətbiq edilir. Hətta bu gün banklar da təqdim etdikləri xidmətlərə endirimlər təklif edir.

Banker.az bu dəfə ”Black Friday” günü Azərbaycanda hansı banklarda endirimlərin olmasını araşdırıb.

Aşağıda banklar tərəfindən təklif olunan xüsusi endirimlərlə tanış ola bilərsiz.

ABB

Kampaniya çərçivəsində 22 noyabrdan 25 noyabra qədər TamKart kredit kartı əldə edən müştərilər dekabrın 15-ə kimi onlayn, taksit və birdəfəlik alış-verişlərinin cəmi 100 manatdan 300 manata qədər olduqda 10 manat, 300 manatdan çox olduqda isə 30 manat hədiyyə qazanacaqlar. Kampaniya bütün TamKart kredit kartlarına şamil olunur.

22 noyabrdan 25 noyabra qədər ABB-dan nağd pul krediti əldə edən müştərilər TamKart debit, Azercell kobrend, ABB-Miles debet kartlarını 65% endirimlə əldə edəcəklər. Tək halda TamKart debet, Azercell kobrend, ABB-Miles debit kartlarını əldə edən müştərilər isə 30% endirim qazanacaqlar.

Bundan başqa, müştərilər ABB-nin kartları ilə bu müddətdə NLT, Bytelecom, SmartOn və ASUS Brandstore mağazalarında bütün məhsulları 24 ay taksitlə ala biləcəklər.

Kampaniya müddətində ABB miles və Azercell kobrend kartları ilə geyim və elektronika dükanlarında, gözəllik və SPA mərkəzlərində toplam 300 manatdan çox ödəniş edən müştərilər ABB miles kartlarına 2000 mil, Azercell kobrend kartlarına isə 3 qat bonus hesablanaraq, toplam 2000 bonus qazanacaqlar.

ab


AZƏR-TÜRK BANK

25 və 26 noyabr tarixlərində müddətindən asılı olmayaraq götürülən istehlak kreditləri üzrə müştərilər heç bir komissiya ödəməcəyəklər. Qeyd edək ki, rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır.

Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13,5%, 15%, 16% səviyyəsindədir

Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

2fr


BANK OF BAKU

Yalnız 2 gün – 25-26 noyabr tarixlərində 30.000 AZN-dək Nağd Pul Kreditini 0% komissiya ilə təklif edir.

25-26 noyabr tarixlərində hal-hazırda davam edən “Belə kampaniya yoxdur!” adlı kredit kampaniyasından faydalanan müştərilər də krediti həm KOMİSSİYASIZ, həm də dəqiq və endirimli faizlərlə əldə edəcək: 4 ilə 16.5%, 3 ilə 14.5%, 2 ilə 13.5%, 1 ilə 12.5%-lə. Müştərilər krediti sığorta haqqı və zamin tələbi olmadan, 30 dəqiqə ərzində növbəsiz əldə edə biləcəklər.

Bank of Baku-nun Bolkart kredit sahibləri üçün də “Black Friday”ə özəl təklifləri var. Belə ki, 25-26-27 noyabr tarixlərində Bolkart kredit kart sahibləri Bank of Baku-nun ATM və POS-larında KOMİSSİYASIZ NAĞDLAŞDIRMA edə biləcəklər. Müştərilər eyni zamanda, Bolkart kredit kartı ilə etdikləri alış-verişlərdə 3% KEŞBEK HƏDİYYƏ qazanacaqlar.

Kampaniyada nağdlaşdırma, kommunal, sığorta, kredit və bu növ ödənişlər üçün xərclənən məbləğlər nəzərə alınmır. Yalnız alış-veriş üçün xərclənən məbləğlər nəzərə alınaraq keşbek hesablanacaq. Qeyd edək ki, kampaniya müddətində bir müştərinin qazanacağı keşbek məbləği maksimum 100 AZN olacaq.

b1


EXPRESSBANK

Hər kəs, iş yerindən və maaşından asılı olmadan illik 12% ilə, komissiyasız nağd pul krediti əldə edə bilər. 30 000 manatadək krediti elə indi onlayn sifariş etmək olar.

29


YELO BANK

1)Yelo Friday həftəsi çərçivəsində Yelo kart məhsuluna tam 70% endirim təklif edir. Belə ki, Bankın cashback kartına pulsuz sahib olmaq üçün ilkin mədaxil məbləği aşağıdakı kimi olacaq: 

– 3 illik Yelo Light kartı üçün ilkin mədaxil məbləği 100 AZN/USD/EUR, 
– 3 illik Yelo Premium kartı üçün isə ilkin mədaxil məbləği 1000 AZN/USD/EUR.

Endirimli təklif yalnız bir həftə, 23-30 noyabr tarixlərində keçərlidir. 

Black friday 2022 v1 fb

2) 24-25 noyabr tarixlərində nağd pul krediti komissiyasız, zaminsiz və illik cəmi 13%-lə təklif olunur. Əgər sizin artıq Yelo kartınız varsa, məbləğ birbaşa kartınıza köçürülür. Bankın yeni müştərilərinə isə kredit vəsaiti kartla ünvana kimi pulsuz çatdırılır.

0 komissiya fb


YAPI KREDİ BANK AZƏRBAYCAN

24-27 noyabr tarixlərində “Yapı Kredi Bank Azərbaycan”ın üzv ticarət obyektlərindən Worldcard-la 100 azn və daha çox alış veriş edən müştərilərə xərclədikləri məbləğin 10%-i geri qaytarılacaqdır. Kampaniyanın şərtləri aşağıdakı kimidir:

– Kampaniyada yalnız Worldcard Classic, Gold, Platinum və Əlavə kartlar iştirak edir;

– Kampaniya müddətində bir müştəriyə qaytarılacaq maksimal məbləğ 50 manat olacaqdır;

– Kampaniya faizli müddətli barəbər hissəli ödənişlərə aid edilmir;

– Kampaniyaya onlayn alış-veriş edilən ödənişlər aid edilmir;

– Əldə ediləcək endirim məbləği kampaniya bitdikdən sonra kart hesabınıza geri qaytarılacaqdır;

YKB 10 merchant2


RABİTƏBANK

Kampaniya çərçivəsində müştərilər 30 000 AZN-dək krediti 12%-lə, 0% komissiya və sığorta haqqı ilə əldə edə biləcəklər. Rabitəbank-ın təklif etdiyi kampaniya yalnız 24, 25 noyabr tarixlərində baş tutacaq. Nağd pul kreditindən faydalanmaq istəyənlər bankın istənilən filialına müraciət edə, həm də saytdan onlayn şəkildə asanlıqla əldə edə bilərlər.

media

 

 

Son xəbərlər
Digər xəbərlər