13 C
Baku
Friday, November 22, 2024

“Black Friday” gününə bankların hansı təklifləri var? – SİYAHI

Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” günü keçirilir. “Black Friday” günü bir çox şirkətlər, mağazalar, banklar yüksək endirimlər və kampaniyalar təklif edirlər.

Banker.az-ın bu dəfəki araşdırması ”Black Friday” günü hansı banklarda endirimlərin, kampaniyaların olması ilə bağlıdır.

Aşağıda banklar tərəfindən təklif olunan xüsusi endirimlərlə tanış ola bilərsiz.

 AFB Bank


29.11.2019 tarixində Black Friday ilə əlaqədər, bütün kredit faizlərinə 5% endirim təqdim olunacaq. Minimal kredit faizi 17%-dir. Kredit müraciəti etmək üçün tələb olunan sənədlər: Şəxsiət vəsiqəsi, əmək haqqı kartından çıxarış. Kreditlər komissiyasız təqdim olunacaq.

78612513 2891984447500370 765738758447300608 o

Bank of Baku


Black Friday günlərinə qoşulan Bank of Baku öz müştərilərini xüsusi endirimlərlə sevindirəcək. Belə ki, 29-30 noyabr tarixlərində müştərilər rəsmi gəlirin 20 misli qədər – 30.000 AZN-dək Nağd Pul Kreditini 48 ay müddətinə, illik faiz dərəcəsinə 40%-dək endirim, komissiyaya 75%-dək endirimlə əldə edəcəklər.

Qeyd edək ki, BLACK FRIDAY günlərində kredit əldə edən müştərilər, “İndi al, 2020-də ödə!” kampaniyasından da faydalanaraq, kredit üzrə əsas borc ödənişinə 2020-ci ilin ilk aylarından başlayacaqlar.

Bank of Baku da BLACK FRIDAY günləri scaled

Bank BTB


Bank BTB Black Friday ərəfəsində müştərilərilərinə 5 günlük kampaniya çərçivəsində  endirimlər təklif edir. Onu da qeyd edək ki, 25-29 noyabr tarixləri arasında davam edən endirimlər həm kart, həm də kredit məhsullarını əhatə edəcək.

Kredit məhsulları üzrə 30.000 AZN-dək təklif olunan Mikro və Nağd pul kreditlərini müştərilər 48 ayadək, illik faiz dərəcəsinə 5%, rəsmiləşdirmə komissiyasına 50% endirim olmaqla əldə edə biləcəklər. Bundan əlavə, 5000 AZN-dək zaminsiz təklif olunan kreditlərdə heç bir sığorta xərci yoxdur. Müraciət üçün: bit.ly/btb-mikro və  bit.ly/btb-nagd-pul bu linkdən istifadə edə bilərsiz.

Kart məhsulu üzrə isə Bank BTB hüquqi şəxslərə “Boss Card” məhsulunu xüsusi şərtlərlə təklif edir. “BossCard” biznes fəaliyyəti ilə bağlı xərclərin ödənişi üçün sahibkarlara və hüquqi şəxslərə pulsuz təqdim olunan ödəniş kartıdır. Bu kartın üstünlükləri barədə https://btb.az/az/cards/black-friday-kampaniyasi-boss-card-9  link vasitəsilə tanış ola bilərsiz. Bank BTB son 3 ayda orta aylıq dövriyyəsi 30.000 AZN və daha yuxarı olan müştərilərə 10.000 AZN-dək overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq) və 15 gün güzəşt müddəti imkanını yaradır.

Bildirək ki, Overdraft borc alana verilən qısa müddətli kreditdir. Adətən belə maliyyə xidməti hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabının açılması müqaviləsi çərçivəsində göstərilir.

36 ay müddətinə təklif olunan kartlar üçün heç bir ödəniş tələb olunmur, üstəlik İnternet Bankinq, Mobil Bankinq xidmətləri də pulsuzdur. Kart vasitəsilə həmçinin, müştərilər hesaba asanlıqla nəzarət edə və 7/24 konvertasiya imkanlarından faydalana bilərlər. Müraciət üçün: bit.ly/boss-card bu linkdən istifadə edə bilərsiniz.

btb black

Bank Respublika


Həftəsonu endirimləri ərəfəsində yeni “Faydalı 🙂 Friday” adlı kredit kampaniyasına start verir. Belə ki, dekabr ayının 1-dək (daxil olmaqla) “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri və eləcə də kredit xəttləri 0% komissiya ilə təklif olunacaq.

Bundan başqa, 4 gün davam edəcək kampaniya çərçivəsində “Bank Respublika”nın rəsmi saytından və facebook səhifəsindən Nağd pul kreditlərini onlayn sifariş edən müştərilər illik faiz dərəcəsində 20% endirim əldə edə biləcəklər. “Bank Respublika”da nağd kredit götürməyin növbəsiz və tez bir zamanda rəsmiləşdirmə, maksimal məbləğin 30.000 AZN-dək və müddətin 36 ayadək olması, sığorta xərcinin olmaması, rəsmi gəlirdən asılı olaraq 10 000 manatadək məbləğdə kredit zaminsiz də təqdim edilə bilməsi kimi üstünlükləri var.

reliz black friday 1

PAŞA Bank


Black Friday” günündə Black Edition kartına xüsusi endirim edir. – Kampaniya şərtlərinə əsasən siz yalnız bir gün, 29 Noyabr 2019-cu il tarixində PAŞA Bank Miles&Smiles Black Edition kartını 50% endirimlə əldə edə bilərsiniz. Kartı əldə etmək üçün www.miles.pashabank.az saytına daxil olaraq və yaxud PAŞA Bank filiallarına yaxınlaşaraq kartı sifariş etmək kifayətdir.

MS1 1

“Rabitəbank”


RabitəBank “Black Friday” endirim kampaniyasına qoşulub. Belə ki, bank nağd pul kreditinə faiz endirimi edib. “Rabitəbank” 28 noyabr tarixindən etibarən, 3 gün olmaqla nağd pul kreditinə illik cəmi 16% ilə, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla müştərilərinə endirim tətbiq edir.

28-29 noyabr tarixlərində bütün bank filiallarında, həftənin şənbə günü 30 noyabr tarixində isə Bakı filialları, Sumqayıt və Gəncə filialında kredit əldə edə biləcəklər.

76945683 3097329410283899 1331023627889410048 o

Unibank


Black Friday beynəlxalq endirim günləri ilə əlaqədar 22.11.2019 – 02.12.2019 tarixlərində Albalı plus kredit kartları ilə edilən bütün taksitli əməliyyatlara Bank tərəfindən əlavə 3 faizsiz taksit hədiyyə edilir. Həmçinin ay sonunadək sms taksit xidməti komissiyasızdır, sms banking aktiv olmalıdır. Onu da qeyd edək ki, Trendyol, Hepsiburada saytlarından Albali Plusla alış-veriş edib, daha artıq cashback qazanmaq imkanı olacaqdır. Həmçinin bu günlərdə Unibank Mobile-da etdiyiniz ödənişlərə görə BONUSlar 2 qat hesablanacaq.

uni

 “Black Friday” günü ilə əlaqədar xüsusi endirimlər təklif edən banklar
Banklar Kampaniyalar Endirimlər
Accessbank  –  –  –
AFB bank  + Bütün kredit faizlərinə  5% endirim

0% komissiya

AgBank  –  –  –
Amrahbank  –  –  –
AtaBank  –  –  –
Azərbaycan Beynəlxalq Bankı  –  –  –
Azərbaycan Sənaye Bankı  –  –  –
Azər-Türk bank  –  –  –
Bank Avrasiya  –  –  –
Bank of Baku  +  Nağd pul krediti İllik faiz dərəcəsinə 40%-dək endirim, komissiyaya 75%-dək endirim
Bank BTB  + 1.”Boss Card” Kart məhsulu;
2.Mikro və Nağd pul kreditləri
1.10.000 AZN-dək overdraft

2. İllik faiz dərəcəsinə 5%,
rəsmiləşdirmə komissiyasına 50% endirim

Bank Respublika  + nağd istehlak kreditləri 0% Komissiya,
onlayn sifariş edənlərə illik faiz dərəcəsində 20% endirim
Premium bank  –  –  –
Bank VTB  –  –  –
Expressbank  –  –  –
Günaybank  –  –  –
Xalqbank  –  –  –
Kapital bank  –  –  –
Melli İran Bankı Bakı filialı  –  –  –
Muğanbank
Naxçıvanbank  –  –  –
NBCBank  –  –  –
Nikoyl  –   –  –
Paşa bank   + Black Edition kartı kartını 50% endirimlə
əldə etmək
Rabitəbank  + Nağd pul krediti illik cəmi 16%
Turanbank  –  –  –
Unibank  + “Albalı Plus” kredit kartı 3 faizsiz taksit hədiyyə,
sms taksit xidməti komissiyasız
Yapı Kredi Bank  –  –  –
Ziraat Bank  –  –  –
Son xəbərlər
Digər xəbərlər