Biznes telefonların istehsalçı şirkəti olan “BlackBerry” Finlandiyanın “Nokia” şirkətini məhkəməyə verəcək.
“vladtime.ru” saytına istinadən məlumata görə, buna səbəb şirkətin 11 patentinin qanunsuz istifadə edilməsidir. Fevralın 14-də Amerikanın Federal Məhkəməsində iddia qaldırılıb.
“BlackBerry” telekommunikasiya şirkətinin nümayəndələrinin sözlərinə görə, onların məhsullarının satışı praktiki olaraq sıfıra bərabərdir. Bunun üçün də “Nokia”nın onların tərtibatlarından istifadə etməsi ilə bağlı vəziyyət olduqca sərfəli deyil.
İddiaçı bildirir ki, 11 patentləşdirilmiş konsepsiyadan istifadə olunub. “Nokia” onları “Flexi Multiradio” və “Liquid Radio” proqram təminatında istifadə edib.