12 C
Baku
Monday, November 25, 2024

“BlackBerry” patentlərini 600 mln. dollara satır

Bir vaxtlar məşhur smartfonlar istehsal edən “BlackBerry Ltd.” mobil cihazlar, mesajların göndərilməsi və qəbulu, eləcə də simsiz rabitə ilə əlaqəli patentlərini 600 milyon dollara satacaq.

Verilən məlumata görə, patentlərin alıcısı “Catapult IP Innovations Inc.”dir. Şirkət 450 milyon dollar nağd pul və 150 milyon dollar veksel alacaq. “BlackBerry”nin vurğuladığı kimi, sövdələşmə onun smartfonlarının indiki istifadəçilərinə təsir etməyəcək.

Daha əvvəl “BlackBerry” 2000-ci illərdə çiçəklənən biznesini bağladığını açıqlamışdı. Hazırda şirkət kibertəhlükəsizlik və avtomobil istehsalçıları üçün proqram təminatının hazırlanması ilə məşğuldur.

2021-ci ilin yanvar ayında “Reddit” istifadəçiləri Amerikanın “GameStop” video-oyun mağazalar şəbəkəsinin, eləcə də “Nokia” və “BlackBerry”nin səhmlərini demək olar ki, üç dəfə artırıblar. Nəticədə, iri investisiya şirkətləri təxminən 1.6 milyard dollar itiriblər.

Son xəbərlər
Digər xəbərlər