27 C
Baku
Saturday, July 27, 2024

“BlackBerry” səhmləri “Reddit” treyderləri sayəsində kəskin artıb

“BlackBerry” səhmləri “Reddit” treyderləri sayəsində kəskin artıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, yanvar ayında “Wall Street Bets” kütləvi şəkildə “GameStop” səhmlərini almağa başlayıb. Bununla da, “Melvin Capital” fondu 5 milyard dollar itirib.

Qeyd edildiyi kimi, “BlackBerry” səhmləri 11% bahalaşıb, bu barədə “CNBC” yazıb. Əvvəlki ticarət sessiyasında artım təxminən 32% təşkil edib. Eyni zamanda “AMC” kinoteatr şəbəkəsinin səhmləri artıb.

“BlackBerry”nin ticarət həcmi sürətlə artıb – təkcə 2 iyunda təxminən 346 milyon səhm satılıb. “BlackBerry” ticarət həcmi baxımından platformada üçüncü şirkət olub. Birinci yeri “AMC” tutub.

Bir vaxtlar smartfon markası kibertəhlükəsizlik ilə məşğul olmağa başlayıb. O dövrdə şirkətin rüblük satışları 1 milyard dollardan az olub.

Son xəbərlər
Digər xəbərlər