“BlackBerry” şirkətinin direktoru: “Bükülən smartfonlar hələ bazara çıxarılmamalıdır”

Bükülən smartfonlar hələ bazara çıxarılmamalıdır, çünki belə qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Bu haqda “BlackBerry” şirkətinin icraçı direktoru Con Çen deyib.
 
 Onun fikrincə, belə smartfonların qiyməti çox baha, çəkisi ağır və istifadədə narahatdırlar, həmçinin başqa texniki problemlərə malikdirlər.
 
“Apple”, “Samsung” və “Huawei” şirkətləri bükülən smartfonların hazırlanması ilə məşğul olurlar. Belə smartfonların istehsalında əsas problem kifayət qədər möhkəm və uzunömürlü ekranın yaradılması ilə bağlıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları