Ən böyük investisiya fondlarından biri olan “BlackRock”un təsisçisi Larri Fink bildirib ki, ABŞ-nin dövlət borcunun artması fonunda “Bitcoin” kimi kriptovalyutaların yayılması dolların dünya ehtiyat valyutası statusunu təhdid edir. Bu barədə o, dünən, martın 31-də investorlara illik məktubunda yazıb. Eyni zamanda, o qeyd edib ki, kriptovalyutaların və ümumilikdə qeyri-mərkəzləşdirilmiş maliyyənin inkişafı yenilikdir və bu sahənin demokratikləşməsinə töhfə verir.
Cənab Fink həmçinin “proteksionizmin yeni güclə qayıdışı” haqqında yazıb. “BlackRock”un rəhbəri bunu ciddi problem kimi görür. “Bunun arxasında duran fərziyyə ondan ibarətdir ki, kapitalizm işləmədi və yeni bir şey icad etməyin zamanı gəldi. Məsələyə fərqli baxış nöqtəsi də var: kapitalizm işlədi, lakin çox adam üçün”, – Larri Fink əlavə edib.
Cənab Fink qeyd edir ki, “investisiyaların demokratikləşməsinə” ehtiyac var, o halda daha çox insanın sərmayə qoyuluşunda iştirak edə biləcək və nəticədə daha yaxşı yaşayacaq.