7 C
Baku
Saturday, December 28, 2024

“Blackstone Group”un baş direktoru 2020-ci ildə 610 mln. dollardan çox mükafat alıb

“Blackstone Group” investisiya fondunun CEO-su və həmtəsisçisi Stephen Schwartzman son bir ildə ABŞ-ın özəl kapital rəhbərləri arasında ən yüksək divident və kompensasiya qazanıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Ümumilikdə requlyatorların bəyanatına və təqdim edilən sənədlərə əsasən, ona ən azı 610.5 milyon dollar dividend və kompensasiya ödənilib ki, bu da 2019-cu illə müqayisədə 20% çoxdur.

Gəlirin böyük hissəsi Schwarzman-ın “Blackstone”dakı 19,3% payından əldə edilmişdir.  İnvestisiya fondunun mənfəəti 2020-ci ildə illik 16% artmışdır. Açıqlamada deyilir ki, 74 yaşlı CEO, Blackstone səhmlərindən 86.4 milyon dollar təzminat və 524.1 milyon dollar divident alıb. “Forbes” Schwarzman-ın varidatını 22.7 milyard dollar olaraq qiymətləndirir. Qeyd edək ki, “Blackstone Group”un prezidenti Jonathan Gray 2020-ci ildə sahibi olduğu şirkətin səhmlərindən 123.2 milyon dollar təzminat və 92.8 milyon dollar dividenddən ibarət olan 216.1 milyon dollar mükafat alıb. Ümumilikdə isə 51 yaşlı Grey “Forbes”a görə 4.6 milyard dollar sərvətə sahibdir.

“Blackstone Group-da icraçı direktorların mükafatlandırılması birbaşa sərmayəçilərin və səhmdarların nəticələri ilə bağlıdır”, – deyə fondun nümayəndəsi agentliyə izah edib. O, ödənişlərin böyük hissəsinin həyata keçirilmiş investisiya layihələri və səhmlər üzrə uzunmüddətli ödənişlərin nəticələrinə əsasən hesablandığını vurğulayıb.

Requlyatorun sənədlərində göstərildiyi kimi, iki cinayət işi üzrə mühakimə olunduğu üçün vəzifəsindən ayıran “Apollo Global Management”in sədri Leon Black 2020-ci ildə 185.2 milyon dollar mükafat alıb. 69 yaşlı Black 423.687 dollar təzminat, onların 181.3 milyon dolları “Apollo” səhmləri və 2.5 milyon dolları şəxsi investisiyalar hesabına əldə edilib. “Forbes”un qiymətləndirmələrinə görə, onun varidatı 8.6 milyard dollar təşkil edir. “Apollo”nun yeni CEO-su Mark Rowan 72.3 milyon dividend və 20.3 milyon dollar investisiyalar daxil olmaqla 92.6 milyon dollar mükafat alıb. Ümumilikdə onun sərvəti 3.9 milyard dollar təşkil edir.

“KKR & Co Inc” həmtəsisçiləri olan Henry Kravis və George Roberts müvafiq olaraq 81.3 milyon dollar və 85.4 milyon dollar toplayıblar. 77 yaşlı Kravis “KKR” səhmlərindən 42 milyon dollar təzminat və 39.3 milyon dollar dividend, eyni yaşda olan Robert isə 42 milyon dollar təzminat və 85.4 milyon dollar dividend qazanıb.

“Forbes”a görə Kravis-in varidatı 7.2 milyard dollar, Roberts-in mülkiyyəti isə 7.4 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər