14 C
Baku
Monday, October 28, 2024

“Blackstone” İspaniyadakı məlumat mərkəzlərinə $8.2 mlrd. sərmayə qoyur

Dünən, oktyabrın 15-də İspaniyanın Araqon bölgəsinin nümayəndələri bildiriblər ki, dünyanın ən böyük özəl investisiya fondlarından biri olan “Blackstone” regionda məlumat mərkəzlərinin inkişafına 8.2 milyard dollar (7.5 milyard avro) sərmayə qoyur.

“Reuters”in məlumatına görə, daha əvvəl Amerikanın “Microsoft” və “Amazon” İT korporasiyaları da yeni məlumat mərkəzlərinin tikintisi və mövcud məlumat mərkəzlərinin inkişafı üçün regionun paytaxtı Saraqosaya sərmayə qoyub. Araqonda elan edilmiş layihələrin ümumi sayı 19-a çatıb. Yerli hökumətin məlumatına görə, “Microsoft” regiondakı məlumat mərkəzlərinə 6.7 milyard avro, Amazon isə 15.7 milyard avro investisiya etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər