“AzerGold” Qapalı Səhmdar Cəmiyyət “Blasto” QSC ilə 19 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə kəşfiyyat buruq-qazma, geotexniki (hidrogeoloji və mühəndisi geoloji) və geofiziki tədqiqatların aparılması, laborator təhlili və ilkin istismar layihələrinin hazırlanmasına dair xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 18 milyon 994 min 499 manatdır.
Bildirək ki, “Blasto” QSC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Aqil Abdullayevdir.
Xatırladaq ki, bir qədər bundan əvvəl “AzerGold” şirkəti “Star Mining” şirkətilə məbləği 78 milyon 328 min 116 manat olan müqavilə imzalamışdır.