Beynəlxalq futbol federasiyası-nın etika üzrə komitəsi Cozef Blatteri FİFA prezidentliyi vəzifəsindən 90 günlük uzaqlaşdırmışdır. Bu haqda məlumatı Britaniyanın Independant qəzeti vermişdir.
Sözügedən bu qərar FİFA-nın etika üzrə iki müstəqil palatasının iclasının yekunlarına əsasən verilmişdir. Bu iclasda Blatter və UEFA prezidenti Mişel Platini-nin “taleyi həll edilirdi”. Qeyd edək ki, Mişel Platini həmçinin FİFA-nın vitse-prezidenti və təşkilatın rəhbər vəzifəsinə namizədlərdən biridir.
Əgər bütün formal proseduralara əməl edilsə, FİFA prezidentliyi vəzifəsini Blatter-in əvəzinə FİFA-nın baş vitse-prezidenti kamerunlu İssa Hayatu icra edəcək.