6 C
Baku
Monday, December 16, 2024

Blinken: “ABŞ administrasiyası lazım gəldikdə Rusiya ilə dialoq aparacaq”

Amerika Birləşmiş Ştatları administrasiyası lazım gəldikdə Rusiya hakimiyyəti ilə dialoq aparacaq.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində keçirdiyi mətbuat konfransında deyib.

Ondan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Karib böhranının ildönümündə 1962-ci ildə münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsinin qarşısını almağa kömək edən “sakit diplomatiya” haqqında sözlərini şərh etməsi xahiş olunub.

“Biz açıq şəkildə bildirdik ki, nə vaxt Rusiya ilə əlaqə saxlamaq üçün vacib olan bir şey varsa, biz bunu edəcəyik. Və biz bunu etdik. Mənim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla öz təhlükəsizliyimiz üçün vacib olan konkret məsələləri müzakirə etmək imkanım oldu. Digər həmkarlarım, o cümlədən müdafiə naziri, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi rusiyalı həmkarları ilə danışıblar”- deyə, o bildirib.

Ukraynadakı vəziyyətə gəlikdə, Blinken bildirib ki, hər şey Rusiyanın mənalı diplomatiya ilə məşğul olmaq istəmədiyini, əksinə, əks istiqamətdə fəaliyyət göstərməkdə davam etdiyini göstərir.

Son xəbərlər
Digər xəbərlər