8 C
Baku
Monday, November 18, 2024

Blinken: “ABŞ Çinlə soyuq müharibəyə başlamaq niyyətində deyil”

“ABŞ Çinlə yeni soyuq müharibəyə başlamaq niyyətində deyil”.

Bunu ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van Yi ilə görüşü zamanı deyib.

“Amerika tərəfi Çinlə yeni soyuq müharibəyə can atmır, Çinin dövlət sistemini dəyişməyə çalışmır, eyni zamanda ÇKP-yə və onun siyasi roluna etiraz etməyəcək”, – bəyanatda deyilir.

Bundan əvvəl Vanq Yi ABŞ hakimiyyətindən Çinə böhtan atmağı dayandırmağı və Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları ləğv etməyi tələb edib.

Qeyd edək ki, Blinken və Vanq Yi Ukraynadakı vəziyyəti müzakirə ediblər. Görüş 5 saatdan çox davam edib. Blinken bunu faydalı və konstruktiv kimi qiymətləndirib. Dövlət Departamentinin rəhbəri bildirib ki, ABŞ Ukraynaya 368 milyon dollardan çox məbləğdə əlavə humanitar yardım göstərmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər