“Venesuelada keçirilən prezident seçkisində bülletenlərin işlənməsi və nəticələrin elan edilməsində ciddi səhvlərə yol verilib və elan edilən nəticələr Venesuela xalqının iradəsini əks etdirmir”.
Bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Venesuelada prezident seçkisi iyulun 28-də keçirilib. Milli Seçki Şurası (CNE) səslərin 80%-i hesablandıqdan sonra hazırkı Prezident Nikolas Maduronun 51,2%, onun əsas rəqibi, Demokratik Unitar Platformadan 74 yaşlı Edmundo Qonzales Urrutianın isə 44,2% səs topladığını açıqlayıb.
Blinken qeyd edir ki, CNE sübut təqdim etmədən Venesuelanın hazırkı Prezidenti Nikolas Maduronu qalib elan edib. Səslərin 100%-nin hesablanmasının nəticələrinə dair məlumatlar hələ dərc olunmayıb ki, bu da Karter Mərkəzinin monitorinq komissiyasının fikrincə, elan edilmiş nəticənin səhihliyini şübhə altına salır.