9 C
Baku
Friday, December 13, 2024

Blinken: “ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb”

ABŞ sistemli şəkildə Rusiya Federasiyasının silah idxalına çıxışını bağlayır və təzyiq siyasətini davam etdirəcək.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“İndi Moskva hərbi dəstək üçün artıq Şimali Koreya və İrana müraciət edir. Çünki biz sistematik olaraq onların idxala çıxışına təzyiqi davam etdirəcəyik”, – deyə Vladimir Zelenskinin “Telegram” kanalında Blinkenin sözlərindənsitat gətirib.

Bu bəyanat siyasətçilərin görüşündən sonra verilib.

Qeyd olunub ki, ABŞ bu siyasəti Ukraynaya qarşı təcavüz dayanana qədər davam etdirmək niyyətindədir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər