Birləşmiş Ştatlar Ukraynaya 205 milyon dollar məbləğində əlavə humanitar yardım ayırmaq niyyətindədir.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, vəsaitlər içməli su, ərzaq, həmçinin təhsil və hüquqi proqramların maliyyələşdirilməsinə sərf olunacaq.
Bundan əvvəl iyunun 13-də ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib.
Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.