19 C
Baku
Friday, May 3, 2024

Blinken Cənubi Koreya və Yaponiyanın XİN başçıları ilə Şimali Koreyanın peyk buraxmasını müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Cənubi Koreyanın xarici işlər naziri Pak Çin və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə üçtərəfli telefon danışığı aparıb və onlar KXDR-in noyabrın 21-də “Malligön-1” kəşfiyyat peykini orbitə buraxmasını müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlama verib.

“Dövlət katibi və nazirlər bu buraxılışı regionda sabitliyi pozan təsirinə görə qətiyyətlə pisləyiblər”, – Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilib.

Qeyd olunub ki, tərəflər “KXDR-in məsuliyyətsiz və qanunsuz hərəkətlərinə cavab olaraq Kemp Devid Sammiti ruhunda intensiv üçtərəfli məsləhətləşmələri davam etdirəcəklər”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər