26 C
Baku
Saturday, July 27, 2024

Blinken Çinə koronavirusla mübarizədə kömək təklif edib

Amerika Birləşmiş Ştatları Çində koronavirusun yayılmasının qarşısını almaq istəyir və bununla bağlı bu ölkəyə kömək etməyə hazırdır.

Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken ilin yekunlarına dair mətbuat konfransında deyib.

Baş diplomat bildirib ki, ABŞ Çinin bu virusu nəzarət altına almasını istəyir.

Onun sözlərinə görə, koronavirusun hər dəfə yeni növü yaranır.

“Biz koronavirusa qarşı məhdudiyyətlərin tətbiqini dünya iqtisadiyyatına necə zərər vurduğunun şahidi olduq. Çinin virusun yayılmasına qarşı addımlar atması ABŞ-ın maraqlarına uyğundur”, – deyə Blinken bildirib.

Blinken bildirib ki, ölkəsi COVID-ə qarşı peyvənd satan ən böyük ölkədir.

“Bu və digər xəstəliklərlə bağlı məsələlərdə bütün dünyada, o cümlədən Çində də insanlara dəstək olmağa davam etməyə hazırıq. Bu günə qədər Çin bu cür yardım tələb etməyib”, – deyə Blinken əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər