ABŞ Dövlət katibi Entoni Blinken Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə Çinin reaksiyasını “açıq-aşkar təxribat” adlandırıb.
Blinken bu barədə Asiya dövlətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Rəsmi Pekini ittiham edən Blinken Pelosinin səfərindən söz açaraq bildirib ki, Birləşmiş Ştatlar Tayvan ətrafındakı vəziyyətə görə sabitliyi bərpa etməyə çalışır.