4 C
Baku
Sunday, December 4, 2022

Blinken: “Çinin iqlim məsələlərində ABŞ ilə əməkdaşlığı dayandırması dünyaya təsir edəcək”

Pekinin iqlim məsələlərində Vaşinqtonla əməkdaşlığı dayandırması təkcə ABŞ-a deyil, bütün dünyaya, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edəcək.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Filippində keçirilən mətbuat konfransında bildirib.

“İqlim sahəsində əməkdaşlığın dayandırılması ABŞ-ı yox, dünyanı, xüsusən də inkişaf etməkdə olan dünyanı cəzalandırmaqdır. Biz ölkələrimiz arasında fikir ayrılıqlarına görə qlobal məsələlərdə əməkdaşlığı “girov” etməməliyik”, – E.Blinken deyib.

Amerikalı diplomatın fikrincə, iqlim məsələlərində əməkdaşlığın dondurulması bütün planet üçün müəyyən təsirlərə gətirib çıxaracaq. E.Blinken Çin və ABŞ-ın ümumi gündəliyinin bir sıra bəndləri üzrə əməkdaşlığın dayandırılmasını “məsuliyyətsiz addım” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər
X