9 C
Baku
Sunday, January 12, 2025

Blinken çinli həmkarı ilə görüşəcək

ABŞ Dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, görüş bu həftə İndoneziyanın Bali adasında keçiriləcək G-20 ölkələrinin xarici işlər nazirləri sammiti çərçivəsində baş tutacaq. Sammit cümə axşamı və cümə günlərinə nəzərdə tutulub.

Dövlət Departamentinin məlumatına görə, Blinken səfəri zamanı İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə də görüşəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər