9 C
Baku
Monday, November 18, 2024

Blinken gələn həftə Si Cinpinlə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

Bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

ABŞ dövlət katibi fevralın 5-6-da Çin nümayəndələri ilə Ukraynadakı müharibəni müzakirə edəcək.

Beləliklə, Blinken son beş ildə Çin rəhbəri ilə görüşən ilk ABŞ dövlət katibi ola bilər.

ABŞ Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri son vaxtlar Tayvan, ticarət və COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər