10 C
Baku
Friday, December 13, 2024

Blinken Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

ABŞ dövlət katibi Blinken Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna Taxıl sazişini müzakirə ediblər.

Diplomatlar iki ölkə arasında gündəlikdə duran ümumi məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda görüşməyə hazır olduqlarını vurğulayıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər