20 C
Baku
Saturday, October 12, 2024

Blinken Kuleba ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Brüsseldə keçirilən NATO XİN rəhbərlərinin iclası çərçivəsində baş tutur.

Dövlət katibi Blinken eyni zamanda Fransa xarici işlər naziri Katerin Kolonna, Britaniya xarici işlər naziri Ceyms Kleverli və Almaniya xarici işlər naziri Annalena Berbokla birgə görüş keçirəcək.

Dövlət Departamenti bildirib ki, Blinken həmçinin Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və NATO Baş katibi Yens Stoltenberqlə də görüş keçirəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər