ABŞ-ın Dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.
Bu barədə Blinken tvitter hesabında yazıb.
O vurğulayıb ki, Paşinyanla Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirə aparıb.
“Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır”, – deyə Blinken vurğulayıb.