“ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın XİN rəhbərlərinə sentyabrın sonuna qədər daha bir görüş keçirməyi təklif edib”.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub.
Bununla yanaşı, Dövlət Departamenti Ararat Mirzoyan və Ceyhun Bayramov arasındakı görüşü sərhəddəki gərginlikdən sonra ilk birbaşa danışıqlar adlandırıb.
Xatırladaq ki, sentyabrın 19-u Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.