25 C
Baku
Saturday, July 20, 2024

Blinken: Türkiyəyə silah satışı asanlaşmalıdır

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Türkiyə və Hindistan kimi ölkələrə hərbi satış proseslərinin daha sürətli və effektiv şəkildə həyata keçirilməsinin lazım olduğunu bildirib. Banker.az xəbər verir ki, Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin büdcə iclasında Amerikanın xarici siyasətini qiymətləndirərkən ölkəsinin xarici ölkələrə silah satışı ilə bağlı açıqlamalar verib.
Blinken, Cənubi Karolina vəkili Co Uilsonun “Məncə, xarici hərbi satışlarımız lazımsız bürokratiya tərəfindən əngəllənir. Məsələn, Türkiyə və Hindistan kimi müttəfiqlərimizə kömək etmək və onlarla işləmək üçün bu bürokratiyanı necə aşa bilərik?” sualına cavab verib. ABŞ rəsmisi “Mən sizinlə razıyam, xarici satışlarla, xüsusən də təcili satışlarla daha yaxşı məşğul olmalıyıq. Açığı, bu icra hakimiyyətinə aiddir, əlbəttə ki, Konqresə də aiddir. Bu, vacib bir məqamdır, çünki əgər belə olarsa, Rusiya ilə uzun müddətdir müdafiə sahəsində əlaqələri olan bir çox ölkələr münasibətlərini yenidən nəzərdən keçirərlər” – deyə, cavab verib. ABŞ-ın müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlıqda buraxdığı boşluğun “Rusiya tərəfindən doldurulduğuna” işarə edən Blinken, ABŞ-ın bu ölkələrə silah satışı prosesini sürətləndirmək üçün Konqreslə daha yaxından işləməyə hazır olduğunu əlavə edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin bu yaxınlarda Konqresə göndərdiyi məktubda F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğu bildirilmişdi. ABŞ dövlət katibi Blinken keçən həftəki çıxışında Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alan Hindistana qarşı CAATSA (Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) sanksiyalarının tətbiq edilib-edilməməsi ilə bağlı hələ yekun qərar vermədiklərini açıqlamışdı.
Son xəbərlər
Digər xəbərlər