8 C
Baku
Wednesday, November 30, 2022

Blinkenin Cənubi Afrikaya səfəri başlayıb

ABŞ dövlət katibi Entoni Blinken bazar günü Cənubi Afrikaya səfər edib.

Bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Diplomat səfərinə 1976-cı ilin yayında 12 yaşında aparteid əleyhinə nümayiş zamanı həlak olmuş Hektor Pitersonun Soueto şəhərindəki məzarını ziyarət etməklə başlayıb.

“Hektorun hekayəsi ABŞ-da rezonans doğurur, çünki bizim azadlıq və bərabərlik uğrunda mübarizə tariximiz var”,- deyə dövlət katibi bildirib.

Blinken bu gün Cənubi Afrikanın xarici işlər və əməkdaşlıq naziri Naledi Pandor ilə danışıqlar aparacaq.

O, Cənubi Afrikadan Konqo Demokratik Respublikasına, oradan isə Ruandaya yollanacaq.

Blinkenin Afrika turnesi avqustun 11-də başa çatır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X