7 C
Baku
Thursday, December 12, 2024

Blinkenlə Paşinyan arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlama verib.

Prays telefon danışığının sentyabrın 15-də baş tutduğunu deyib.

“Dövlət katibi Azərbaycana və Ermənistana məsələnin sülh yolu ilə həllində yardım göstərməyə sadiq olduğunu bildirib”.

Telefon danışığında Entoni Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər