Blokçeyn texnologiyalarını tətbiq edən Azərbaycan şirkətinin kapitalı 300 milyon manata çatdırıldı

0

Sumqayıt Kimya-Sənaye Parkının (SKSP) rezidenti “STDC” MMC-nin nizamnamə kapitalı təxminən 20 milyon manat da artırılıb.

 2019-cu ilin aprelində kapitalı “STDC” MMC-nin nizamnamə kapitalı 280 milyon manata yaxınlaşmışdı. Hazırda isə şirkətin kapitalı 299 milyon 488 min 429 manat təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Şirkət 2016-cı ilin iyun ayında ilkin kapitalı 10 manat olmaqla təsis edilib. 2017-ci ilin mart ayında SKSP-nın rezidenti statusunu alıb. Şirkətin Data mərkəzi SKSP-nın ərazisində 14 hektar yer tutur.

©Turan