13 C
Baku
Friday, April 26, 2024

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

2019-cu ildə “Rəqəmsal hökumət” quruculuğu istiqamətində nəzərdə tutulan əsas layihələrdən biri müasir maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Bu istiqamətdə qarşıya qoyulmuş prioritetlərdən biri də blokçeyn platformasının yaradılmasıdır.

Banker.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib.

Bildirilir ki, blokçeyn vergi sistemi yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır.

Vergi inzibatçılığında qlobal meyillər və rəqəmsal transformasiyalar, vergiödəyiciləri ilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazirliyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlər bu gün aktuallığı ilə seçilir.

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin direktor müavini Şamil Ərəbov qeyd edib ki, bir çox ölkələrin elektron idarəetmə təcrübəsində istifadə edilən blokçeyn texnologiyalarının hazırda rəqəmsal iqtisadiyyatda rolu artır. Həmin sahənin vergiyə cəlb edilməsi əsas məsələlərdən biri olduğundan, bununla əlaqədar Vergi Məcəlləsinə elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı müddəalar daxil edilib. Blokçeyn üzrə əməliyyatların aparılması zamanı hüquqi şəxslər üçün mənfəət, fiziki şəxslər üçün isə gəlir vergisinin tutulması planlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər