26 C
Baku
Saturday, July 27, 2024

“Bloomberg” əhalinin vaksinasiyası üzrə liderlik edən ölkələri açıqlayıb

“Bloomberg” əhalinin vaksinasiyası üzrə liderlik edən ölkələri açıqlayıb.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşellər Respublikası və Bəhreyn əhalinin vaksinasiyası üzrə liderlik edən ölkələrdir.

Agentliyin rəsmi rəqəmlərə və açıqlamalara əsaslanan hesabatına görə, BƏƏ-də bazar gününə qədər 15.5 milyon nəfər peyvənd olunub. Bu, ölkə əhalisinin 72.3%-ni infeksiyadan qorumaq üçün kifayət etməlidir. Qeyd edək ki, BƏƏ-nin əhalisini 10 milyon nəfərdir.

Seyşel adalarında təxminən 138 min nəfər peyvənd olunub, bu da orada yaşayan əhalinin 71.7%-i olaraq qiymətləndirilir. Təxminən 1.5 milyon nəfərlik əhalisi olan Bəhreyn Krallığında 2.07 milyon nəfər peyvənd olunub. Bunun sakinlərin 69.7%-ni qorumaq üçün yetərli olduğu güman edilir.

Nəşrdə qeyd olunur ki, bu hesablamalar zamanı həm bir, həm də iki doza peyvənd vurdurmuş insanları nəzərdə tutulur. “Bloomberg”in qiymətləndirmələrinə görə, ümumilikdə dünyanın 180 ölkəsində 3.19 milyard insan peyvənd olunub. Bu, dünya əhalisinin 20.8%-ni təşkil edir. Yüksək gəlirli ölkələrdə peyvənd təxminən 30 dəfə daha sürətli yayılır.

Son xəbərlər
Digər xəbərlər