7 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg” ən çox kasıblayan rusiyalı milyarderlərinin siyahısını hazırlayıb

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 milyard ABŞ dolları həcmində azalıb.

Bu barədə “Bloomberg” agentliyinin materiallarında deyilir.

Avqustun 1-nə sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyard dollara enən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən çox kasıblayan milyarderləri siyahısına başçılıq edir.

“Bloomberg Billionaires Index”in məlumatlarına görə, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirib və onun sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 5,5 milyard dollar kasıblayıb və onun sərvəti 22,5 milyard dollar təşkil edib.

Rusiyanın sərvəti azalan varlı sahibkarları siyahısında iş adamı, “Metalloinvest” holdinqinin sahibi Əlişir Usmanovun da adı var. Onun sərvəti ilin əvvəlindən 894 milyon dollar azalıb və hazırda 20,4 milyard dollar təşkil edir. “Lukoyl”un sabiq prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib, onun sərvəti 17,8 milyard dollar qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər