13 C
Baku
Tuesday, November 5, 2024

Bloomberg 2017-ci ilin əvvəlinin ən pis valyutasını elan etdi

Bloomberg agentliyinin verdiyi məlumata görə, türk lirəsi yeni ilin ilk 10 günündə dünya valyutaları içərisində ən pis nəticələri göstərən valyutadır. Lirə dollarla münasibətdə 8,6 faiz enib. 6 ticarət sessiyası ərzində türk valyutası antirekordlara imza atıb.

Bu qismən olaraq ölkə prezidenti Rəcəb Tayyip Erdoğanın Türkiyə Mərkəzi bankından iqtisadi artımın dəstəklənməsini tələb etməsi ilə bağlı ehtiyatlar ilə əlaqədardır və bu lirənin gələcəkdə də zəifləməsinə gətirib çıxaracaq. 7 ildə ilk dəfə Türkiyənin ÜDM həcminin enməsi bu tədbirlərin həyata keçirilməsini mütləq edir.

Bundan əlavə, ölkədə inflyasiya sürətlənir. Mərkəzi bankın ümumi göstəricisi isə 3,5% təşkil edir.

Agentliyin verdiyi məlumata görə, Türkiyə əvvəl olduğu kimi hələ də, ödəniş balansında kəsrə sahibdir.

Ötən ilin dekabr ayında Erdoğan lirənin enməsini Türkiyənin düşmənlərinin Ankaraya təzyiq etmək üçün iqtisadi amillərdən istifadə etməsi ilə əlaqələndirdi. Ölkə prezidenti düşmənlərin bu qərəzli niyyətlərinin öhdəsindən gəlmək üçün vətəndaşlarını dolları türk lirəsinə və qızıla dəyişməyə çağırdı.

Son xəbərlər
Digər xəbərlər