2019-cu ildə dünya bankları təxminən 77 min işçini ixtisar edib. Xatırladaq ki, əvvəlki rekord 2015-ci ildə qeydə alınıb – həmin ildə 91 min işçi ixtisar olunmuşdur.
Bloomberg-in verdiyi məlumata görə, bu yolla banklar iqtisadiyyatın ləngiməsi şəraitində xərcləri azaltmağa çalışırlar. İxtisarlar həmçinin rəqəmsal texnologiyanın inkişafına uyğunlaşmağa kömək edir.
Mənfi faiz dərəcələri ilə üzləşən Avropa bankları işçilərinin təxminən 82%-ni ixtisar ediblər.
Ümumilikdə 2014-ci ildə bəri bank sektorunda elan edilən ixtisarların sayı 425 mindən çox olub.








