15 C
Baku
Friday, March 29, 2024

“Bloomberg” 2019-cu ildə qlobal iqtisadiyyat üçün mövcud olan  əsas riskləri açıqladı

Banker.az xəbər verir ki, Bloomberg analitikləri 2019-cu ildə iqtisadi tarazlığa mənfi təsir göstərə biləcək əsas amilləri müəyyən etdilər:

  • ticarət  müharibələri
  • Brexit
  • dünya üzrə neftin qiyməti

Ekspertlər hesab edirlər ki, ticarət müharibələri sırasında ABŞ və Çin arasındakı münaqişə iqtisadi tarazlığa daha çox təsir göstərdi. İki ölkə arasında razılıq olmadığı təqdirdə, ABŞ Çindən gətirilən çox sayda mal üçün tarifləri 25% -ə qədər artırmağı vəd edir.

İngiltərənin AB-dən çıxmaq qərarı da qlobal iqtisadi vəziyyətə təsir edə bilər. Brexit baş verərsə və heç bir razılaşma əldə olunmasa, 2030-cu ilə qədər İngiltərə iqtisadiyyatının səviyyəsi digər AB-nin üzvü olan  dövlətlərə nisbətən təxminən 7% aşağı düşəcək.

Artıq qeyd olunan amillərdən əlavə, analitiklər İtaliyadakı vəziyyətin iqtisadi tarazlığa, dünya neft qiymətlərinə və bir sıra iri ölkələrdə 2019-cu ildə keçiriləcək seçkilərə təsirindən danışırlar.

Neft qiymətləri ilə bağlı məsələdə isə ABŞ və İran arasındakı münasibətlər və OPEK ölkələrinin fəaliyyəti əsas rol oynayır.

Son xəbərlər
Digər xəbərlər